İqtisadi gündəm
300-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.
Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.
Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixləri göstərilməklə tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Məlumat üçün bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələri dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca prosesin davamı olaraq həmin dərman vasitələri üzrə qiymət tənzimlənməsi aparılır.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesində aydın və şəffaf mexanizm tətbiq edilməklə optimal qiymət, yəni əhalinin dərman vasitələri ilə etibarlı təchizatının mümkün olduğu minimal qiymət siyasəti həyata keçirilir və digər ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir.
Qanunvericiliyə uyğun olaraq, dərman vasitələri bütün aptek təşkilatlarında eyni qiymətlə satılmalıdır. Vətəndaşlardan dərman vasitələrinin qiymətləri üzərində ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmələri və qiymət intizamının pozulması halları ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi”nə (195-2), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (tel: 4981501; 4981504) müraciət etmələri tövsiyə olunur.
Qərar imzalandığı gündən qüvvəyə minir.
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir