Ekspert: Azərbaycanın mövqeyinin yaxşılaşması islahatların nəticəsidir
Bizi izləyin

İqtisadi gündəm

Ekspert: Azərbaycanın mövqeyinin yaxşılaşması islahatların nəticəsidir

Dünya İqtisadi Forumunun (DAVOS) Qlobal Rəqabətlilik Hesabatında 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.

İqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bu hesabtın ölkəmiz üçün əhəmiyyətindən danışıb:

“DAVOS iqtisadi forumu dünyanın ən aparırcı iqtisadi qurumlarından hesab edilir. Bu dünyanın aparıcı dövlət və hökümət nümayəndələrini bir araya yığmaq imkanına malik olan yeganə forumdur. Təbii ki, bu forumun hazırladığı hesabat dünya qlobal siyasətinə təsir edə bilir. İllik görüşlərində qlobal müzakirələrin aparılması da ondan xəbər verir ki, Dünya İqtisadi Forumu qlobal məsələlərə təsir imkanına malikdir”.

Son hesabatda yeni metodologiyadan istifadə edilməsinə diqqət çəkən ekspert bu metodologiya hazırlanan zaman həm ümumi istiqamət, həm də yeni indikatorlardan istifadə olunduğunu deyib:

“Ölkəmiz bir sıra indikatorlar üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub. Bu rəqəmlər müsbət məqam kimi qiymətləndirilə bilər. İqtisadi indikatorlarla yanaşı Azərbaycan sosial, səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşıdır. Bəzi indikatorlar - səhmdar idarəetməsi, transport xidmətlərinin səmərəli xidmət üzrə ölkəmiz ilk 15-liyə daxil olmaq imkanı qazanıb, elektrikləşmə indeksinə görə dünyada birincidir. Hesabat hazırlanarkən yeni indikatordan istifadə edildiyinə görə maliyyə stabilliyi, milli yığım, eləcə də digər indiktorlar nəzərə alınmayb. Bu da ölkələrin hesabatdakı sıralanmasına təsir edir. Bütün bunlara baxmayaraq hesabatda Azərbayacanın müvafiq indikatorlar üzrə yerləşməsini müsbət qiymətləndirmək olar. Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəmizdə islahatların daha dərinləşməsinin nəticəsidir. İslahatlar bu istiqamətdə davam etsə, Azərbaycanın siyahıda yerinin irəliləyəcəyini gözləyə bilərik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm