İqtisadi gündəm
Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
“Moody’s İnvestor Service” Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib.
Publika.az xəbər verir ki, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Agentlik Bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Dünyada yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu “neqativ” dərəcəsində müəyyənləşib.
“Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi təzyiq şəraitində bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7 mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1 (kapitalın yetərliliyi)göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, - deyə hesabatda qeyd olunur.
Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı bildirilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc







.jpg)

.jpg)
























.jpg)

