İqtisadi gündəm
Nazirlik: 114 obyektdə sanitariya-gigiyena tələbləri pozulub
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, sentyabrın 10-da keçirilən monitorinqlər zamanı Sabunçu rayonunda Əbil Nəsirova məxsus meyvə-tərəvəz mağazasında, “Dokta” MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda “Coffeemania” iaşə obyektində, “Marlin gözəllik salonu”nda, Nəsimi rayonunda “U-Tani restoran”da, “Salxım kafe”də, “Körpü kafe”də, “İlqar əminin basdırma dönəri”ndə, “Badam çay evi”ndə, Binəqədi rayonunda “Tural market”də, “Hollywood restoranı”nda, “Antrikot kafe”də, “Vimay-Med tibb mərkəzi”ndə, Nizami rayonunda “Best ərzaq mağazası”nda, “Məkan ərzaq mağazası”nda, “Park mall geyim mağazası”nda, “Beercode pub”da, “Biz bizə restoran”da, “Zeytun aptek”də, Qaradağ rayonunda Bəxtiyar Məmmədova məxsus kafedə, Ceyhun Əzizova məxsus mağazada, Xəzər rayonunda “Hovuz market”də, Atif Fərziyevə məxsus “Dam örtükləri mağazası”nda, İsrafil Rzayevə məxsus “Məktəbli ləvazimatı” mağazasında, Suraxanı rayonunda “Gülay market”də, “Oba market”də, “Azad kafe”də, Atakişi Şahbazova məxsus telefon dükanında, Yasamal rayonunda “Gəncə məhsulları mağazası”nda, “Dönəriyyə dönərxana”da, Səbail rayonunda “Teleqüllə restoran”da, “Beyran restoran”da, “Pizza inn kafe”də, “Bül bül kafesi”ndə, Nərimanov rayonunda “Adentta” MMC-yə məxsus “Mağaza-Anbar”da, “Vinni kulinariya” iaşə obyektində, Sumqayıt şəhərində “Şahin inşaat mağazası”nda, “Aytac market”də, Məlahət Məmmədovaya məxsus “Qadın bərbərxana xidməti”ndə, Abşeron rayonunda “Limon market”də, Şahin Niftaliyevə məxsus “Toxum, gübrə və xırdavat mağazası”nda, “İstanbul malları” mağazasında, ümumilikdə, 114 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı











.jpg)








.jpg)



.jpg)












