İqtisadi gündəm
Energetik içkilərin satışı və reklamı ilə bağlı QAYDALAR DƏYİŞDİ
Nazirlər Kabineti 382 nömrəli Qərarına dair izah verib.
Kabinetdən Publika.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə dəyişiklik edilərək etil (yeyinti) spirti və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən olunub.
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarında dəyişiklik edilmişdi:
3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.
“Reklam haqqında” Qanunun 12.1-ci maddəsinə müddəa əlavə edilirək energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsinin qadağan müyyən edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq və “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 2 mart tarixli 100 nömrəli nömrəli qərarında dəyişiklik edilmişdi:
2.9. Uşaq verilişlərində alkoqollu və energetik içkilərin və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi








.jpg)

.jpg)
























.jpg)

.jpg)