İqtisadi gündəm
Şahnazaryan: “Yaxın günlərdə Azərbaycandan zərbə gözləyirəm”
“Rusiya bununla ABŞ və Fransaya göstərmək istəyir ki,
siz Əliyev-Sarkisyan görüşünü təşkil etmək istəyirdiniz, amma nail
olmadınız. Biz isə onu təşkil etdik”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri 1992-95-ci illərdə
Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Ermənistan
Təhlükəsizlik Xidmətinin keşmiş sədri, Regional Tədqiqatlar
Mərkəzinin eksperti David Şahnazaryan Azərbaycan və Ermənistan
prezidentlərinin qarşıdakı Soçi görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq cəmiyyətə göstərmək istəyir
ki, Ukrayna hadisələri onun Cənubi Qafqaz siyasətinə maneə
olmadı.
Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri hesab edir
ki, Soçidəki görüşdən sonra İrəvan həmsədrləri regiona dərhal dəvət
etməyə məcburdur. O, qeyd edib ki, diaspora “erməni soyqırımı”ndan
əlavə Dağlıq Qarabağ məsələsini irəli çəkməli, ən azı bir neçə
Konqres üzvü tərəfindən Dağlıq Qarabağın tanınması məsələsini
qaldırılmasına nail olmalıdır.
“Ermənistan təhlükəsizlik konsepsiyasını tezliklə dəyişdirməli,
diversifikasiya aparılmalıdır”, - Şahnazaryan bildirib. O, qeyd
edib ki, yaxın günlərdə Azərbaycandan zərbə gözləyir. Ermənistanın
kifayət qədər ağır vəziyyətdə olduğunu deyən erməni eksperti
bildirib ki, Ukrayna hadisələrinə reaksiya İrəvanın beynəlxalq
nüfuzumuzu yüksəltməyib.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO