Paytaxt əhalisi pulu ən çox bu mərkəzlərdə xərcləyib
Bizi izləyin

İqtisadi gündəm

Paytaxt əhalisi pulu ən çox bu mərkəzlərdə xərcləyib

2021-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5 milyard 366,7 milyon manat olub.

Publika.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2 milyard 617,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm