İqtisadi gündəm
ADAU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Anakara Universiteti arasında əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə Proqramının imzalanma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, sənədləri ADAU-nun rektoru, AMEA-nın üzvü, professor İbrahim Cəfərov və Ankara Universitetinin rektoru, professor, doktor Necdet Ünüvar imzalayıblar. İmzalanma mərasimindən əvvəl çıxış edən rektorlar və hər iki ali təhsil müəssisəsinin nümayəndələri əməkdaşlıq müqaviləsinin və Mövlanə Mübadilə Proqramının baytarlıq sahəsində mütəxəssis hazırlığına, ikili diplom proqramının icrasına və birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, müəllim və tələbələrin mübadiləsinə töhfə verəcəyini bildiriblər.
Türkiyə Cümhuriyyətinin ilk ali təhsil müəssisəsi olan Ankara Universiteti 1946-cı ildə yaradılıb, hazırda burada 70 mindən çox tələbə təhsil alır. Çoxprofilli mütəxəssis hazırlayan bu universitetdə digər fakültələrlə yanaşı Aqronomluq və Baytarlıq fakültələri də fəaliyyət göstərir.
Qeyd edək ki, Ankara Universitetinini rektoru, professor, doktor Necdet Ünüvar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq



































