• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

Dünyada qazın qiyməti 20-30 dəfə qalxıb - SOCAR

Dünyada qazın qiyməti 20-30 dəfə qalxıb - SOCAR

Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, yəni qazın alınmasına sərf edilən xərclər əsas götürülür. Əvvəlki illərdə qazın topdan alışını və satışını SOCAR həyata keçirirdi. SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər və SOCAR beləliklə Azərbaycanın təbii qaza olan təlabatını təmin etmək üçün başqa şirkətlərdən də təbii qazı alırdı. Özəlliklə, "Şahdəniz" konsorsiumundan qaz alınırdı.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, qazın topdan alışı və satışını "Azərkontrakt" şirkəti həyata keçirir: "Bu da dövlət şirkətidir, lakin tam müstəqildir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan satış qiymətinə alaraq qazpaylayıcı şəbəkələrə, Azərenerji və s. satmaqdadır. Azərkontraktın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Yəni, məsələn, "Şahdəniz"dən aldığı qazın bir qismi bazar qiymətlərindən asılıdır və bazarda qiymətlər artdıqca həmin qazın da dəyəri və qiyməti də artmaqdadır. Buradan isə qazı alan tərəf, dövləti təmsil edən bu şirkətin də xərci artır, qazın satış tarifləri isə dəyişmədikcə bu xərclərdə olan artımın da kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır və uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da ki qiymət artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi bu görünür. Hazırda dünyada qaz qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə ondəfələrlə qalxıb, 20-30 dəfə qalxıb. Belə olan halda, təbii ki, "Azərkontrakt"ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, ona sərf edilən xərc də müəyyən qədər artmışdır". (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR