Şad xəbər: bu tarixdən inflyasiya azalacaq, qiymətlər aşağı düşəcək
Bizi izləyin

İqtisadi gündəm

Şad xəbər: bu tarixdən inflyasiya azalacaq, qiymətlər aşağı düşəcək

Hazırda qlobal inflyasiya pik həddinə çatıb və yaxın aylarda səngiməyə başlayacaq.

Publika.az xəbər verir ki bu barədə “Financial Times” yazıb.

“Moody's Analytics”-in baş iqtisadçısı Mark Zandi dünyada rekord inflyasiyanın öhdəsindən gəlmək barədə danışıb. Agentlik oktyabr ayındakı 12,1 faizlik qlobal artımın maksimum dəyər olacağını təxmin edir. “Capital Economics” isə qeyd edib ki, inflyasiya təzyiqinin azalması inkişaf etmiş ölkələrdə, xüsusən İspaniya və Portuqaliyada, inkişaf etməkdə olan ölkələrdə, məsələn, Braziliya, Tailand və Çilidə qeydə alınıb. İnflyasiya artıq pik həddinə çatıb və zəifləməyə başlayıb.

Təşkilatın baş iqtisadçısı Cennifer McKeown qlobal inflyasiyanın gələn il səngiməyə başlayacağını və enerji qiymətlərinin 2023-cü ildə pik həddən əvvəlki səviyyələrə qayıdacağını proqnozlaşdırır. “Biz hesab edirik ki, ərzaq və enerji qiymətlərindəki dəyişikliklər növbəti altı ayda istehlak qiymətlərinin artım tempini, təxminən üç faiz bənd azaldacaq” – o deyib.

İqtisadçıların fikrincə, əmtəələrin qiymətlərinin aşağı düşməsi, eləcə də, inflyasiya gözləntilərinin yaxşılaşması qiymət artımının gələcəkdə azalacağından xəbər verir. Statistikaya əsaslanaraq ekspertlər bildirirlər ki, tədarük zəncirlərində qiymət təzyiqləri azalır ki, bu da inflyasiyanın aşağı düşməsi ehtimalını artırır. Müsbət proqnozlar isə öz növbəsində qiymət artımını cilovlamaq üçün bu il pul siyasətini kəskin şəkildə sərtləşdirən Dünya Bankının gələcək qərarlarına təsir göstərə bilər.

Buna baxmayaraq, inflyasiya ilə bağlı əks fikir də var. Bir sıra ekspertlər xəbərdarlıq ediblər ki, Çin iqtisadiyyatı sürətlə bərpa olunarsa və Rusiya Qərbin sanksiyalarına cavab olaraq enerji ixracını daha da azaldarsa, xammal qiymətləri yenidən arta bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm