İqtisadi gündəm
Yunanıstanın Baş naziri: "Cənub Qaz Dəhlizi" qlobal əməkdaşlığın modelidir
"Cənub Qaz Dəhlizi" reallığa çevrilən qlobal əməkdaşlığın modelidir. Trend xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Antonis Samaras şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.
Baş nazir bildirib: "Bu, ["Cənub Qaz Dəhlizi"nin təməlinin
qoyulması] tarixi hadisədir. "Cənub Qaz Dəhlizi" energetikadan,
infrastrukturdan daha çox enerji təchizatının və energetika
təhlükəsizliyinin təmin olunmasının köməyi ilə Asiya ilə Avropanın
birləşdirilməsini reallığa çevirən xəyaldır. Bu, nəhəng regionun
ölkə və xalqlarının uzunmüddətli əməkdaşlığının xəyalıdır. Əslində,
bu, qlobal əməkdaşlığın modelidir”.
Onun sözlərinə görə, Yunanıstan lap əvvəldən "Cənub Qaz Dəhlizi"ni
dəstəkləyən ölkələrin sırasına daxildir.
A.Samaras xatırladıb ki, bu dəhliz başqa ölkələrlə yanaşı, Yunanıstanın da ərazisindən keçir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi