İqtisadi gündəm
Leyla Əliyeva 3D qraffiti layihəsinin açılışında
Sentyabrın 25-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin əsas istirahət mərkəzlərindən birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.
AzərTAc məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.
Layihə çərçivəsində çəkilmiş qraffiti əsərləri ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltmək məqsədi daşıyır.
Açılış mərasimində bildirildi ki, gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliği kimi Azərbaycanda ilk yerüstü qraffiti əsəri “Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə “Qafqazın böyük beşliyi” adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir.
Hazırda Dədə Qorqud parkında sərgilənən əsərlərdən biri
İngiltərədən dəvət olunan qraffitistlər – Eduard Şiron, Ceyms
Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində
işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan
qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər
Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi
“Ağacların kəsilməsinə yox” proqramını əks etdirən əl işləri də
vardır.
Yerüstü 3D qraffiti əsərləri ilə oktyabr ayına qədər tanış olmaq
mümkündür.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər