Avropa Mərkəzi Bankı açıqladı: İnflyasiya, işsizlik...
Bizi izləyin

İqtisadi gündəm

Avropa Mərkəzi Bankı açıqladı: İnflyasiya, işsizlik...

AMB açıqladığı istehlak anketində inflyasiyanın sabit qalacağını deyib. İstehlakçıların 3 il ərzində inflyasiya gözləntiləri 2,5 faiz olaraq müşahidə edilib.

Publika.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, Avrozonada istehlakçıların gələn il üçün inflyasiya gözləntiləri sabit qalır, iqtisadi artım gözləntiləri isə pisləşir.

Avro bölgəsində istehlakçıların orta inflyasiya gözləməsi 12 ay ərzində yüzdə 4 olaraq sabit qalıb. İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri 2,5 faiz olub. Hər iki gözləntinin ECB-nin 2 faizlik inflyasiya hədəfinin üzərində olması diqqət çəkib.

İstehlakçılar yaxın 12 ayda işsizliyin orta hesabla 11,4 faiz olacağını gözləyirlər. ECB-nin istehlakçıların gözləntiləri sorğusu hər ay dərc olunur. Sorğu Avrozona ÜDM-nin təxminən 85 faizini təşkil edən Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland və Belçikadan olan təxminən 14 min insanla müsahibə yolu ilə keçirilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm