Rusiyanın "neft şantajı"nın məqsədi: qiymətlər qalxacaq?
Bizi izləyin

İqtisadi gündəm

Rusiyanın "neft şantajı"nın məqsədi: qiymətlər qalxacaq?

Rusiya 2024-cü ilin ikinci rübündə neft hasilatını və ixracını gündəlik 471 min barel azaldacaq. Ötən il bu rəqəm 500 min barel olub. Məlumata görə, azalma 2024-cü ilin sonuna qədər davam edəcək. Ekspertlər bu qərarın neft bazarında təlatüm yaradacağını proqnozlaşdırırlar.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Publika.az-a bildirib ki, cari ilin birinci rübündə neft hasilatını azaltmaq haqqında qərar çıxaran ölkələr bunu ikinci rübdə də davam etdirəcəklərini açıqlayıblar.

Ekspert hesab edir ki, Rusiyanın ixracı azaltması qiymətlərə təsir etməyəcək.

“Məqsəd neftin qiymətinin 80 dollardan aşağı edib, dəhlizə keçməsinin qarşısını almaqdır. Bunu istəyənlər iqtisadiyyatı neftdən asılı olan ölkələrdir. Digər tərəfdən, möcvud ictimai-siyasi, hətta hərbi durumda tərəflərin bu cür addım atmasında təəccüblü heç nə yoxdur. Çünki yeni dünya nizamı yaradılmayıb.

Belə qeyri-müəyyən şəraitdə dövlətlər və şirkətlər hansısa yolla suyun üzündə qalmağı düşünür. Yaxud bundan qarşı tərəflə anlaşma əldə etmək üçün təsir vasitəsi kimi istifadə edir. 2024-cü il böyük seçkilər, yenidən qarşıdurmalar ilidir. Buna görə də düşünmürəm ki, neftin qiyməti dəyişsin”, - İ. Şaban qeyd edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm