İqtisadi gündəm
Minimum əməkhaqqı 500 manat olacaq? - Nazirlik açıqladı
Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib.
Bəs artım nə qədər olacaq?
Sosioloq Üzeyir Şəfiyev deyir ki, bazarda qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri minimum əməkhaqqının artırılması məsələsini reallaşdırır. O, qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 manat maaş verilir. Sosioloq gələn il artım zamanı da minimum əməkhaqının elə məhz 500 manat civarında olmasını daha məqsədəuyğun sayır.
Üzeyir Şəfiyev qeyd edib ki, ötən il inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11,3 faiz olub. Bununla yanaşı, bu il də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)












