İqtisadi gündəm
Əhali 3 ayda 14 milyon pulu geri çəkdi - ASB-də nə baş verir?
“Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox azalıb.
Publika.az xəbər verir ki, bu ilin ilk doqquz ayında ASB-nin depozit portfeli ilin əvvəli ilə müqayisədə 3,1 % və ya 14,2 milyon manat azalıb və ilin əvvəlindəki 458,6 milyon manatdan 444,4 milyon manata enib.
Ən böyük azalma fiziki şəxslərin bankdakı əmanətlərində müşahidə edilib. Belə ki, bu il əhali bankdan 10 milyon manata yaxın vəsaiti geri çəkib.
Belə ki, əhalinin bankdakı müddətli əmanətləri 4,89 milyon manat azalaraq 293,4 milyon manatdan 288,5 milyon manata enib. Fiziki şəxslərin tələbli depozitlərinin həcmi isə ilin əvvəlindəki 16,76 milyon manatdan 11,77 milyon manata kimi azalıb. Başqa sözlə, bu dövrdə əhali 4,99 milyon manat tələbi depozitini geri çəkib.
Şirkətlər isə bankdan 6,16 milyon manat tələbli depozitini geri çəkib. Nəticədə sözügedən portfel 114,7 milyon manatdan 108,5 milyon manata enib.
Ümumilikdə isə bankın öhdəlikləri 9,1 milyon manat azalaraq 625,8 milyon manata bərabər olub. Bundan əlavə, cəmi aktivləri cari ilin oktyabr ayının 1-nə 745,04 milyon manat olub ki, bu ilin əvvəlinə nisbətən 0,6 % və ya 4,2 milyon manat azdır.(“Yeni Sabah”,)
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)












