İqtisadi gündəm
Türkiyədə 3,6 milyondan çox saxta avro aşkarlandı: Turizm məkanlarında...
Türkiyədə bu ilin 10 ayında saxta valyutanın dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 3,6 milyondan çox avro və 352,5 min dollar müsadirə edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, saxta valyutanın dövriyyəsinə qarşı mübarizə məqsədilə 340 əməliyyat həyata keçirilib, onlardan 32-si planlı olub.
“104 nəfər saxlanılıb, 48 şübhəli barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Əməliyyatlar nəticəsində 1 milyon 479 min 260 saxta türk lirəsi, 352 min 576 dollar və 3 milyon 613 min 550 avro ələ keçirilib. Saxta pul istehsal etmək üçün istifadə edilən iki mətbəə də aşkarlanıb”.
Türkiyə mediası yazır ki, saxta əskinaslar əsasən turizm məkanlarında - Antalya, İzmir, İstanbul, eləcə də Ankarada aşkarlanıb.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO





































