İqtisadi gündəm
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Gömrük rüsumu...
Xaricdən gətirilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumu tələb edilməyəcək. Bu yenilik həmin avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.
Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, son zamanlar xaricdən avtomobil alanların sayı kifayət qədər artıb. Buna səbəb isə nəqliyyat vasitəsinin yerli bazardakı qiyməti ilə müqayisədə bir az ucuz başa gəlməsidir.
Gətirilən avtomobillərə görə qanunvericiliyə əsasən müxtəlif ödənişlər tələb olunur. İdxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı, vəsiqə haqqı, gömrük yığımları və s. Bu isə bəzi avtomobillərin, xüsusilə də mühərrik həcmi 2 000 kubsantimetrdən çox olanların gömrük rüsumunun çox olmasına səbəb olur.
İqtisadçı Xalid Kərimli bildirib ki, rüsumların belə hesablanması hər hansı sosial problem yaratmır.
Onun sözlərinə görə, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim edilməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.
Bundan başqa, son illər ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.
Ətraflı süjetdə:
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar











.jpg)











.jpg)















