İqtisadi gündəm
Təhsil Nazirliyi şikayətlərin məzmununu açıqladı
Publika.Az-ın Nazirliyin rəsmi sayıtna istinadən verdiyi məlumata görə, müraciətlərin böyük hissəsi sorğu və məlumat xarakterlidir.
May ayında 45 şikayət məktubuna baxılıb. Bakı şəhərindəki ümumi
təhsil məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan
2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, Xaçmaz,
Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux rayonlarının ümumi təhsil
məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil
olub.
Müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, xaricdə təhsil,
əlavə təhsil, ali və orta ixtisas təhsili sistemində yeni
qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması,
nostrifikasiyası, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil
məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə
qəbulu qaydaları və s. ilə bağlı olub.
Ötən ay “Qaynar xətt” xidmətinə dövlət ali və orta ixtisas təhsili
müəssisələri ilə bağlı 11, özəl ali təhsil müəssisələri ilə
əlaqədar 3 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsil
müəssisələrindən daxil olan şikayətlərdə-təhsil sənədlərinin
gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan
verilməməsi, təhsil haqqının ödənilməsi, struktur bölmə
rəhbərlərinin vəzifə səlahiyyətlərini yerinə yetirməsində yol
verdiyi nöqsanlar öz əksini tapıb.
Kifayət
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR