İqtisadi gündəm
Mədəniyyət naziri BƏƏ-nin nazir müavini ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Şehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Publika.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Belə görüşlərin ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev bildirib ki qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət
yetirildiyini vurğulayan nazir bildirib ki, teatr binaları,
mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və
ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir.
Nazir xüsusi olaraq diqqətə çatdırıb ki, bu gün bütün Avropanın
diqqət mərkəzində olan ən mühüm mədəni hadisələrdən biri – 57-ci
“Eurovision” Mahnı Müsabiqəsi Bakıda keçirilir.
Müsabiqənin Bakıda keçirilməsini yüksək mədəni hadisə kimi
qiymətləndirən Məhəmməd Bin Abdul Aziz Al Şehhi yarışmanın bütün
iştirakçılarına uğurlar arzulayıb. Dostluq münasibətlərinin
möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini
bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan
sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Familoğlu
Publika.Az
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika11 Mart 20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi
-
İnanc11 Mart 19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı








.jpg)






























