İqtisadi gündəm
Türkiyə banklarında "rus pulu"na böyük tələbat: Bəs niyə hesab açılmır?
Rusiya rublunun möhkəmlənməsi Türkiyə banklarının Rusiya valyutasında hesabların açılmasını bərpa etmək üçün ilkin şərtlər yarada bilər. Bazarlarda buna tələbat da var. Lakin Qərbin sanksiyaları əməliyyatlara mane olur.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin maliyyə bazarındakı mənbə bildirib.
Qeyd edək ki, Türkiyədə rublla bank hesablarının açılması ilə bağlı problemlər ikinci dərəcəli sanksiyalar qorxusu fonunda ötən ilin ortalarında başlayıb.
Mənbə bildirib ki, Türkiyənin dövlət bankları hələ də rublla hesab açmır, Türkiyə ilə Rusiya arasında köçürmələrdə də problemlər var.
"Əgər Rusiya valyutasının möhkəmlənməsi davam edərsə və rəsmi səviyyədə dəstək olarsa, bu, bankları rublla hesablar açmağa sövq edəcək. Buna baxmayaraq, Rusiya valyutasında hesabların açılması qərarı bir çox amillərdən, o cümlədən hüquqi və tənzimləyici aspektlərdən, rubla inamın səviyyəsindən, eləcə də ümumi iqtisadi vəziyyətdən asılıdır. Rusiyaya qarşı sanksiyaları nəzərdə tuturam", - deyə mənbə bildirib.
Qeyd olunur ki, hazırda bazarlarda Rusiya valyutasına tələbat var ki, bu da onu Türkiyə bankları üçün daha cəlbedici edə bilər.
"Türkiyəyə pul köçürən rusların sayının mümkün artımını nəzərə alaraq, banklar valyuta risklərini azaltmaq üçün rubl hesablarının açılması da daxil olmaqla ödəniş prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyin yollarını axtara bilərlər. Lakin Qərbin sanksiyaları bank köçürmələrinə və Rusiya valyutası ilə əməliyyatlara mane olur", - mənbə qeyd edib.
Adəm
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO








.jpg)















.jpg)
.jpg)










