İqtisadi gündəm
Hesablama Palatası həmin HESABATI AÇIQLADI - 47 min manat zərər var
Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.
Publika.az xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14,1 % çox), xərcləri isə 9,543 milyon manat (8,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4 % azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 % artaraq 6,193 milyon manata çatıb.
Hesablama Palatasını Milli Məclis ölkə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradıb. Palata 2001-ci ildən fəaliyyətə başlayıb. Qurum parlamentə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ








.jpg)























