İqtisadi gündəm
Senat Robert Sekutanın namizədliyini təsdiqlədi (YENİLƏNİB)
ABŞ Senatı Robert Sekutanı ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Ceyms Uorliq öz “twitter” səhifəsində yazıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyi məmnunluqla bildirir ki, dekabrın 16-da ABŞ Senatı Robert F. Sekutanın ABŞ-ın Azərbaycandakı növbəti Səfiri vəzifəsinə sürülmüş namizədliyini təsdiq edib: "Biz cənab Sekutanın Azərbaycana gəlişini və onu Azərbaycan hökuməti və xalqı ilə birgə Azərbaycanda alqışlamağımızı səbirsizliklə gözləyirik. Səfir təyinatı almış Sekutanın Azərbaycana gəlmə tarixi müəyyən deyil, tarix bəlli olanda məlumatı paylaşacayıq".
Xatırladaq ki, R.F.Sekuta əvvəllər ABŞ Dövlət
Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət
katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları
üzrə müavini vəzifəsində çalışıb.
Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və
Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin
iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət
edib.
Almaniyada iqtisadi müşavir-səfir kimi R.F.Sekutanın işi
terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin
gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin
Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi
məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində
Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini
olub.
Daha əvvəl R.F.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində
(1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində
müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf
məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai
diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə
xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru
olub.
R.F.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment
Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə
malikdir.
Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO