İqtisadi gündəm
Ən zəngin rusiyalıların yeni reytinqi: Azərbaycanlı yerini qoruyub
Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 20,163 milyard dollar artıb.
Publika.az xəbər verir ki, "RİA Novosti" bu rəqəmləri "Bloomberg Milyarderlər İndeksi"nin (BBI) reytinqinə əsasən hesablayıb.
Qeyd edək ki, indeks milyarderlərin səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin səhm üzrə mənfəətə nisbətinə əsaslanır. Ümumilikdə, BBI reytinqinə dünyanın 500 ən varlı adamı və hazırda 20 Rusiya vətəndaşı daxildir, onların ümumi sərvəti avqustun 1-nə 305,58 milyard dollardır.
"Telegram” messencerinin yaradıcısı Pavel Durov ən çox gəlir əldə edib, onun sərvəti 3,27 milyard dollar artaraq 14,3 milyard dollara çatıb və o, 9-cu yeri qoruyub.
"Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin birinci yeri saxlayıb. Onun sərvəti 2,56 milyard dollar artaraq 30,4 milyard dollara çatıb.
“Lukoyl”un ortaq sahibi Vahid Ələkbərov ikinci yerdə qalır. İlin əvvəlindən onun sərvəti 1,18 milyard dollar artaraq 26,5 milyard dollara çatıb.
İlk üçlüyü “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov tamamlayır. Onun kapitalı 1,94 milyard dollar artaraq 25,2 milyarda çatıb.
“Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti 1,46 milyard dollar artaraq, hazırda 23,8 milyard dollar qiymətləndirilir. O, beşinci yerdən dördüncü yerə yüksəlib.
NLMK-nın benefisiarı Vladimir Lisinin sərvəti 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olmaqla beşinci yeri tutub.
Yenə altıncı yerdə "EuroChem" və SUEK şirkətlərinin keçmiş benefisiarı Andrey Melniçenkodur (o, 2022-ci il martın 9-da Aİ-nin sanksiyaları altına düşərək ortaq sahiblər siyahısını tərk edib). O, sərvətini 294 milyon dollar artıraraq 20,5 milyarda çatdırıb.
Yeddinci yerdə sərvəti 3,12 milyard dollar artaraq 16,3 milyard dollara çatan Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”) qərarlaşıb.
Sərvətini 553 milyon dollar artıraraq 15,4 milyard dollara yüksəldən Mixail Proxorov (“Oneksim Qrup”) reytinqdə səkkizinci yerdə qalıb.
Onuncu yeri "Alfa Group" şirkətinin həmsədri Mixail Fridman saxlayıb. Onun sərvəti 1,04 milyard dollar azalaraq 13,7 milyard dollara düşüb.
Adəm
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək






































