Dünya
Vuçiç ölümlə hədələndi: “Aradan götürüləcəksən"
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç ölüm təhdidləri aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, Serbiyanın “TV Pink” telekanalına müsahibəsində ötən gün ərzində ona qarşı ciddi təhdidlərin səsləndirildiyini bildirib.
“Aradan qaldırılacağım barədə açıq və birmənalı mesaj aldım”, - deyə Vuçiç qeyd edib.
Keçmiş dövlət başçısı mümkün həbsi və barəsində cinayət işinin açılması ilə bağlı yayılan iddiaları da təkzib edib. Onun sözlərinə görə, barəsində heç bir cinayət işi aparılmır. Vuçiç siyasi rəqiblərinin onu həbsxanada görmək istədiklərini, lakin bu ehtimalın belə gülünc olduğunu bildirib.
Qeyd edək ki, son illərdə Vuçiçə qarşı mümkün sui-qəsd hazırlıqları və ölüm təhdidləri barədə dəfələrlə məlumatlar yayılıb. O, daha əvvəl internet vasitəsilə minlərlə belə təhdid aldığını açıqlayıb.
Müəllif: Roza
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO














.jpg)

.jpg)







.jpg)
.jpg)









