İqtisadi gündəm
Yanacaq kəskin bahalaşdı - Yeni tarixi maksimum
"Premium-95" markalı benzinin qiyməti artmaqda davam edir.
Publika.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Ticarət Birjası məlumat yayıb. Bildirilir ki, bu marka artıq ikinci gündür ki, yeni tarixi maksimum müəyyən edib.
İyulun 5-də keçirilən ticarətin yekunu üzrə Aİ-95 markalı benzinin qiyməti 1,25% artaraq bir ton üçün 77,967 min rubl (təxminən 1661 manat) təşkil edib ki, bu da yeni rekorddur.
Aİ-92 markalı benzin isə 1,01% bahalaşaraq bir ton üçün 67,314 min rubl (təxminən 1434 manat) təşkil edib. Onun qiyməti də 2023-cü ilin sentyabrında qeydə alınan tarixi maksimuma yaxınlaşır.
Qeyd edək ki, dizel yanacağının dəyəri 0,29% artaraq bir ton üçün 58,305 min rubl (təxminən 1242 manat), soba mazutu - 0,19%, ton üçün 23 min rubl (təxminən 490 manat) təşkil edib. Təyyarə yanacağı (aviasiya kerosini) 5,64% bahalaşaraq bir ton üçün 70,986 min rubl (təxminən 1512 manat), mayeləşdirilmiş neft qazları isə 2,55% ucuzlaşaraq bir ton üçün 18,506 min rubl (təxminən 394 manat) təşkil edib.
Adəm
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu








.jpg)

















_(1).jpg)









