İqtisadi gündəm
Mərkəzi Banka yeni müşavir təyin edildi - FOTO
Mərkəzi Bankın sədri Taleh Kazımova yeni müşavir təyin olunub.
Publika.az xəbər verir ki, vəzifə Bəhruz Süleyman oğlu Balayevə həvalə edilib.
B.Balayev 1983-cü ildə Lənkəran şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilib.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı şəhərində “Hyatt Hotels”də başlayıb. 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb. 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik edib.
Xatırladaq ki, Bəhruz Balayev Mərkəzi Bankda fəaliyyətə 2024-ci ilin iyul ayının 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb. Bu ilin avqust ayının 1-dən etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu








.jpg)

















_(1).jpg)









