İqtisadi gündəm
Bu tarixdən dollar ucuzlaşa bilər
ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell “Jackson Hole” illik iqtisadi simpoziumunda çıxışı zamanı bildirib ki, sentyabr iclasında faiz endirimi müzakirə oluna bilər.
Publika.az xəbər verir ki, Pouell həmçinin əmək bazarında risklərin artdığını, inflyasiyanın isə hələ də nəzarətə tam alınmadığını vurğulayıb. Pouell-ın sentyabrda mümkün faiz endirimi ilə bağlı siqnalı dolların zəifləməsi ehtimalını gücləndirib.
Hazırda FED-in baza faiz dərəcəsi 4,25–4,50 faiz aralığında saxlanılır. Pouell-in açıqlamalarından sonra investorlar sentyabrın 16–17-də keçiriləcək toplantıda 0,25 faiz bəndi endirimə ehtimalı 85 faizə yüksəldiblər. Analitiklər ilin sonuna qədər ümumilikdə yarım faiz azalma gözləyirlər.
Əmək bazarında yeni iş yerlərinin artımı son aylarda kəskin şəkildə zəifləyib. İyul–may dövründə orta aylıq artım 35 min olub. İşsizlik dərəcəsi 4,2 faiz səviyyəsində qalsa da, Pouell bu vəziyyətin əmək bazarında sürətli zəifləmə riskini göstərdiyini qeyd edib.
Tariflərin qiymətləri artırması inflyasiya üçün risk olaraq qalır. Pouell bildirib ki, bu təsirin əsas ssenaridə müvəqqəti olacağı gözlənilir, lakin davamlı inflyasiya dalğasına çevrilməsi ehtimalı diqqətlə izlənməlidir.
FED rəhəbrinin açıqlamaları siyasi müstəvidə də diqqət çəkib. Keçmiş prezident Donald Trump onu və FED üzvü Lisa Cook-u istefaya çağırıb. ABŞ qanunvericiliyinə əsasən, FED rəhbəri yalnız ciddi səbəb olduqda vəzifədən uzaqlaşdırıla bilər. Qeyd edək ki, Pouell vəzifəsini gələn ilin mayına qədər icra edəcəyini təsdiqləyib.
Maraqlı məqam odur ki, Pouell-ın çıxışından sonra ABŞ fond bazarında artım qeydə alınıb, dollar zəifləyib, xəzinədarlıq istiqrazlarının gəlirliliyi azalıb.(Metbuat.az )
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi








.jpg)





























