İqtisadi gündəm
Azərbaycanın bu məhsulun satışından qazancı ARTDI
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 59 milyon 790,65 min ABŞ dolları dəyərində 245 min 938,15 ton metanol (metil spirti) ixrac edilib.
Publika.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,6 % artıb, həcmi isə 10,1 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,21 % təşkil edir.
İyulda isə ölkədən 6 milyon 485,96 min ABŞ dolları məbləğində 38 min 390,04 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 25,4 % və 9,2 % azdır.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi








.jpg)





























