İqtisadi gündəm
Azercell qadınlara növbəti dəstək proqramına start verir
Mobil operator sosial layihə təkliflərini qəbul edir
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir.
Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:
bilik və bacarıqların inkişafı;
sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi;
texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması;
hüquq və maliyyə savadlılığının artırılması;
sağlam həyat tərzinin təşviqi.
Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyaya təsiri və davamlı icra imkanları da əsas meyarlar sırasında yer alacaq.
Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün təkliflər ölkədə bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib layihələrin hər birinə 7.000 AZN-dək maliyə dəstəyi ayrılacaq. Yekun məbləğ münsiflərin qərarına əsasən müəyyən ediləcək.
Müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.
Layihə təklifləri 1-30 sentyabr 2025 tarixləri arasında Azərbaycan dilində aşağıdakı link vasitəsilə göndərilməlidir:
https://forms.office.com/r/e3WYWvzXau
Müraciətə layihənin detallı büdcəsi əlavə edilməlidir.
Azercell bütün iştirakçılara uğurlar arzulayır!
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...







.jpg)































.jpg)
