İqtisadi gündəm
Rusiyada qorxu: Rublun çöküşü an məsələsidir
Dolların məzənnəsinin ilin sonuna kimi 110 rublu keçəcəyi apokaliptik ssenari (dünyanın sonu ilə bağlı böyük və fəlakətli bir hadisənin baş verəcəyindən xəbər verən əlamətlər) Rusiyanı təhdid etmir.
Publik.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Reytinq Agentliyinin (NRA) baş direktoru Tatyana Qriqoryeva bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər Rusiyada Amerika valyutası 82-87 rubla başa gələcək, 2026-cı ildə isə 90-95 rubldan danışacağıq. O, sonuncunu rublun hələ də struktur zəifliyindən qurtulmaması və əlavə olaraq sanksiyaların ona təsir etməkdə davam etməsi ilə izah edib.
Qeyd edək ki, ötən ayın sonunda iqtisadçı Vladimir Qriqoryev Rusiya valyutasının payızın əvvəlində zəifləyə biləcəyini irəli sürüb. O, bunu idxalçıların ənənəvi fəallığı və ixracdan valyuta daxilolmalarının azalması kimi amillərlə bağlayıb.
Öz növbəsində, iqtisadçı Lazar Bədəlov hesab edir ki, Rusiya Bankının əsas məzənnəsinin gözlənilən azalması rublun devalvasiyasına səbəb olmayacaq.
Adəm
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?








.jpg)










.jpg)







.jpg)
.jpg)









