İqtisadi gündəm
Prezident və xanımı Dövlət Neft Fondunun binasının açılışında
Dekabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında iştirak ediblər.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi
və burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, binada akt, konfrans, iclas zalları, iki
hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə
yerləşir. Bütün otaqlar və zallar ən son texnoloji avadanlıqla
təmin olunub. İkinci mərtəbədəki muzeydə Azərbaycanın neft
tarixini, ümummilli lider Heydər Əliyevin neft strategiyasını,
Dövlət Neft Fondunun fəaliyyətini, maliyyələşdirdiyi layihələri,
investisiyaları, qazanılan uğurları əks etdirən stendlər var.
Qeyd edildi ki, Dövlət Neft Fondunun inzibati binasının interyeri
Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva
edən dizayn konsepsiyası əsasında qurulub. Binada informasiya
texnologiyalarının işini təmin etmək məqsədilə ən müasir
standartlara cavab verən “Data Center” yaradılıb. Burada, həmçinin
Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi fəaliyyət
göstərir.
Yeni inzibati bina yaşıl bina standartlarına cavab verir. Burada
alternativ enerjidən istifadə məqsədilə günəş panelləri
quraşdırılıb.
Binada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva Dövlət Neft Fondunun kollektivi ilə
xatirə şəkli çəkdirdilər.
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO