İqtisadi gündəm
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
Tütün məmulatları üzrə aksiz vergiləri artırılır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Azər Əmiraslanov qeyd edib ki, adiyyəti qurumlar tərəfindən aparılmış müzakirələr nəticəsində, tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb:
“Bu zaman həm də həmin məhsulların insan sağlamlığına mənfi təsirinin azaldılması mülahizəsi, başqa sözlə, Ümdüniyyə Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. Belə ki, yerli istehsalı əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər də aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən onların bazar payının kəskin artması, çoxalmasına gətirib çıxara bilər.
Bu baxımdan, tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb. Birincisi, bura alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar daxildir. Bu məhsullar üzrə aksizin min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlərdir.
Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 173 manata qaldırılması təklif olunur”.(APA)
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım



































.jpg)

