İqtisadi gündəm
Azərbaycana gətirilən bu avtomobillər bahalaşa bilər - VİDEO
Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti arta bilər.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, bu ölkədə xarici vətəndaşların aldığı və ya təkrar ixrac etdiyi nəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması nəzərdə tutulur. Mövcud qaydalara əsasən, tranzit nömrə nişanı üçün rüsum 50 laridən 370 lariyə qaldırılacaq. Bu isə hazırkı məzənnə ilə 32 manat əvəzinə 233 manat təşkil edir.
Bundan əlavə, avtomobillər üçün ekspertiza aktının hazırlanması üzrə ödəniş 100 laridən 180 lariyə yüksəldiləcək ki, bu da 63 manatdan 113 manata qədər artım deməkdir. Eyni zamanda, ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə tutulan rüsum 130 laridən 200 lariyə qaldırılacaq. Bu məbləğ təxminən 126 manata bərabərdir.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstan tərəfi bu addımı artan tələb fonunda atmağı planlaşdırır.
ABŞ-dən gətirilən avtomobillərin böyük əksəriyyəti Poti limanı vasitəsilə qeyd olunan prosedurlardan keçir və rüsumların artırılması birbaşa alıcılara təsir göstərir. Bu halda, Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətlərində də ciddi bahalaşma gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım



































.jpg)

