İqtisadi gündəm
Turizm Agentliyi stend quraşdırılmasına 85 min manat ayırdı
Dövlət Turizm Agentliyi Çinin Haykou şəhərində keçiriləcək "CITM 2025" (Çin Beynəlxalq Turizm Sərgisi) beynəlxalq turizm sərgisində iştirakla bağlı satınalma həyata keçirib.
Publika.az xəbər verir ki, sərgidə Dövlət Turizm Agentliyinin iştirakı çərçivəsində stendin quraşdırılması xidmətlərinin satın alınması "Sanda Exhibition Design (HK) CO., Limited" şirkətinə həvalə olunub. Satınalma bir mənbə metodu ilə reallaşdırılıb.
Müqavilənin dəyəri 85 min 96.9 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun 19-21 dekabr tarixlərində Çin Xalq Respublikasının Haykou şəhərində keçiriləcək "CITM 2025" sərgisində ölkə stendi ilə iştirakı planlaşdırılır.
"CITM 2025" Asiyanın aparıcı turizm sərgilərindən biridir və turizm üzrə peşəkarlar üçün şəbəkələşmə, yeni istiqamətlərin təqdimatı və sənayenin son tendensiyalarının müzakirəsi üçün vacib platforma yaradır.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı








.jpg)

























