İqtisadi gündəm
Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
"Azərbaycan İnvestisiya Holdinqi" (AİH) publik hüquqi şəxs (PHŞ) inzibati binasında və həyətyanı sahəsində təmizlik xidmətinin göstərilməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi "Mint Services" MMC olub.
Tenderin məbləği 198 min 288.89 manat təşkil edir.
Texniki tapşırığa əsasən, satınalma inzibati binada və həyətyanı sahədə (3 724.4 kvadratmetr) təmizlik xidmətinin göstərilməsini, həmçinin kağız salfetlər, tualet kağızı və maye sabun kimi müxtəlif sanitar-təmizlik vasitələrinin təmin olunmasını əhatə edir.
27.02.2017-ci ildə dövlət qeydiyyatına alınan "Mint Services" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Aqil Habil oğlu Hümmətovdur. Şirkət ötən il də İnvestisiya Holdinqinin bu istiqamətdə keçirdiyi tenderin qalibi olub. Belə ki, 28.10.2024-cü ildə açıqlanan tenderin məbləği 212 min 695.77 manat olub.
22 və 23-cü illərdə isə təmizlik xidmətlərini holdinqdə "Sintez" MMC həyata keçirib. 23-cü ildə keçirilən tenderin məbləği 171 min 971.55 manat, 22-ci ildə isə 144 min 808.4 manat təşkil edib.
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi



































.jpg)

