İqtisadi gündəm
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir! - FOTO
“Kristal” interyer materialları üzrə dünya miqyasında tanınmış İtaliya brendi “Zambaiti Parati” ilə əməkdaşlığını daha da gücləndirir.
Tərəflər arasında yeni memorandum imzalanıb və bu sənəd mövcud iş birliyinin strateji şəkildə genişləndirilməsini nəzərdə tutur.
Memorandum “Zambaiti Parati” şirkətinin Group CEO-su Davide Zambaiti və “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.
Sənəd iki qurum arasında uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığı rəsmi şəkildə təsdiqləyir.

“Zambaiti Parati” beynəlxalq bazarda yüksəkkeyfiyyətli, İtaliya istehsalı divar kağızlarının istehsalında qabaqcıl və premium brend kimi tanınır. Şirkət illərdir texnologiya, dizayn və material keyfiyyəti sahəsində liderlərdən biri olaraq seçilir. Yeni razılaşma çərçivəsində “Zambaiti Parati” məhsulları “Kristal”ın bir sıra layihələrində - “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence” və “Biləcəri” komplekslərində istifadə olunacaq.

Memorandum hazırda tikinti mərhələsində olan layihələri əhatə edir və əsasən mənzillərin və ümumi sahələrin tamamlanma mərhələsində tətbiq olunan interyer dekorasiyasına yönəlib. Razılaşma çərçivəsində “Kristal” zal, yataq otaqları və ümumi istifadə zonalarının dizaynında “Zambaiti Parati”nin divar kağızlarını istifadə edəcək.

“Kristal” və “Zambaiti Parati” əməkdaşlığını gələcəkdə daha geniş çərçivədə davam etdirməyi planlaşdırır.
Ətraflı: *1544
kristal.az
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
İdman17:06Millətlər Liqası: Azərbaycan Litva ilə qarşılaşır - Canlı
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
















.webp)


















.jpg)

