İqtisadi gündəm
Qiymətlərin "şıdırğı rəqsi": Gələn il mənzillər kəskin bahalaşacaq
Gələn il Rusiyada yeni mənzillərin qiymətinin 2025-ci illə müqayisədə 13-15% artacağı gözlənilir.
Publika.az xəbər verir ki, belə bir proqnozla analitik Aleksey Popov "Gazeta.Ru"ya danışıb.
Bildirilir ki, gələn il yeni binaların qiymətlərində 13-15 faizlik ciddi artım proqnozlaşdırılır. Popovun sözlərinə görə, bu, mənzillərin sayının azalması ilə əlaqədardır, həmçinin qiymətlərin daha yüksək olduğu "komfort plus" və "biznes" seqmentlərində layihələrin payının artması da buna təsir edən səbəblərdən biridir.
Ekspert etiraf edir ki, təkrar satış mənzillərinin qiyməti inflyasiya tempində, yəni 2026-cı ildə 8-10% artacaq. Popov iddia edir ki, 2026-cı ildə təkrar satış bazarı ilə bağlı proqnozlar yeni bazarla müqayisədə daha sadədir və bu, 2025-ci il üçün ilkin olaraq daha yüksək rəqəmlərlə izah olunur. Çünki bazarın həddindən artıq yüksək ipoteka faizləri, yeni və təkrar satış bazarları arasında kvadratmetrə düşən qiymət fərqi tələbatın hazır mənzil seqmentinə keçməsinə səbəb olub.
Popov belə bir nəticəyə gəlib ki, əhalisi bir milyondan çox olan şəhərlərdə yeni binalarda kvadratmetrə düşən orta qiymət hazırda 198.000 rubla (4 min 250 manat), mövcud mənzillərdə isə 159.000 rubla (3 min 405 manat) çatır.
Adəm
-
Rəsmi xronika14:28Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?








.jpg)






.jpg)













.jpg)








