Sağlamlıq
Xərçəng riskini artıran gizli səbəblər: Həkimdən vacib açıqlama
Xərçəng xəstəliklərinin yaranma riskinə immun sisteminin vəziyyəti, xroniki iltihablanma, yuxu rejimi və həyat tərzi təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq Aleksey Mamatov “Gazeta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, xroniki iltihablanma orqanizm üçün risk faktorlarından biridir. Davamlı yorğunluq, oynaq ağrıları, həzm problemləri və ümumi sağlamlıq vəziyyətində dəyişikliklər bu proseslə əlaqəli ola bilər.
Mamatov qeyd edib ki, uzunmüddətli yuxusuzluq da sinir və immun sisteminin fəaliyyətinə, maddələr mübadiləsinə və orqanizmin bərpasına mənfi təsir göstərir.
Qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Tərəvəz, meyvə, tam taxıllı məhsullar və liflə zəngin qidaların qəbulu tövsiyə olunur. Alkoqolun, duzlu və yüksək dərəcədə emal olunmuş məhsulların həddindən artıq istehlakından isə çəkinmək lazımdır.
Həkim fiziki aktivliyin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər gün 15-30 dəqiqə hərəkət etmək belə orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərə bilər.
Mamatov bildirib ki, xərçəngönü hüceyrələri orqanizmdən birdəfəlik təmizləməyin universal üsulu yoxdur. Əsas məqsəd xəstəlik riskini artıran amilləri azaltmaq və profilaktikaya diqqət yetirməkdir.
Müəllif: Adəm
-
Rəsmi xronika14:28Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldıldı
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?













.jpg)
















.jpg)








