İqtisadi gündəm
Samur çayının su ehtiyatlarının bölünməsi müzakirə edilib, yekun protokol imzalandı
Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 28-ci iclası dekabrın 26-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində keçirilib.
ADSEA-dan Publika.az-a verilən məlumata görə, görüş Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.
İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi








.jpg)

















.jpg)









