İqtisadi gündəm
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər.
Publika.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə bahalı mənzillərin qiymətində enmə daha qabarıq hiss ediləcək. Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir.
Əmlak bazarında əsas dəyişiklik daha çox beşmərtəbəli binalardakı, eləcə də birotaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar.
Əhalinin əsas tələbatı aşağı və ortaqiymətli mənzillərə yönəldiyindən bu seqmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər.
Daha ətraflı ATV-nin videomaterialında:
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır




































.jpg)

