İqtisadi gündəm
Zaminlik müqaviləsi nədir və hansı məsuliyyəti yaradır? - VİDEO
Zaminlik müqaviləsi bağlayan vətəndaşlar çox zaman bunun nə qədər ciddi hüquqi və maliyyə riskləri daşıdığını nəzərə almırlar. Mütəxəssislər bildirirlər ki, bu məsuliyyətsizlik sonradan ağır nəticələrə səbəb ola bilər.
İTV-yə danışan hüquqşünaslardan biri qeyd edir ki, zaminlik formal xarakter daşımır:
"Zamin olan şəxs bilməlidir ki, əsas borcalan ödənişi etmədiyi anda bank birbaşa zaminə müraciət edir. Bu zaman zamin borcun tam məbləği üzrə məsuliyyət daşıyır".
Ekspertin sözlərinə görə, bir çox hallarda vətəndaşlar yaxınlıq və ya etibar səbəbi ilə sənədi oxumadan imzalayırlar:
"Ən çox rast gəlinən problem odur ki, insanlar "sadəcə zamin dururam" düşüncəsi ilə müqaviləni imzalayırlar. Halbuki bu, borcalanla eyni hüquqi məsuliyyət deməkdir".
Süjetdə həmçinin qeyd olunub ki, borc öhdəlikləri yerinə yetirilmədikdə zaminin maaşından tutulmalar aparıla, bank hesabları dondurula və məsələ məhkəməyə qədər gedib çıxa bilər.
Çıxış edən digər mütəxəssis isə vətəndaşlara çağırış edib:
"Zaminlik müqaviləsində borcun məbləği, müddəti və mümkün risklər diqqətlə öyrənilməlidir. Əgər şübhə varsa, mütləq hüquqi məsləhət alınmalıdır".
Qeyd edək ki, son illər zaminlik müqavilələri ilə bağlı yaranan mübahisələr və məhkəmə çəkişmələrinin sayı artıb. Mütəxəssislər bu səbəbdən vətəndaşları zamin durmazdan əvvəl ciddi şəkildə düşünməyə çağırırlar.
-
MDB17:29Rusiya dronlarına internet zərbəsi - FOTO
-
ABŞ16:59Epşteyn Rusiyaya işləyib? - Şok detallar
-
MDB16:49Doğum evi vuruldu, yaralananlar var
-
İdman16:19Ermənistana taxıl daşıyan qatar Biləcəridən yola düşdü - FOTO
-
Magazin216:09Məşhur reperin nəvəsi öldü - FOTO
-
Qarabağ 14:49Xankəndi sakini: "Gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım"
-
Yaxın Şərq12:47Rəfah keçid məntəqəsi açıldı
-
Magazin111:36Babək nazirlə oğlunun fotosunu paylaşıb bunları yazdı




























.jpg)






