İqtisadi gündəm
Trampın İranla bağlı qərarının Azərbaycana təsirləri: Bahalaşma, əlavə xərclər və...
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın yeni qərarına əsasən İranla işgüzar münasibətlər quran istənilən ölkə Birləşmiş Ştatlarla apardığı bütün ticarət əməliyyatları üzrə 25 faiz vergi ödəyəcək.
Maraqlıdır, bu qərar Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razi Abasbəyli məsələnin detallarını açıqladı.
Onun sözlərinə görə, son illərdə Azərbaycanla İran arasındakı ticarət dövriyyəsində artım müşahidə olunur:
"ABŞ prezidentinin bu qərarı Azərbaycana müəyyən qədər təsir göstərə biləcək amillərdən biridir. Nəzərə almaq lazımdır ki, 2023-cü ildə Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi 480 milyon dollar idisə, 2024-cü ildə bu rəqəm 700 milyon dollara qədər yüksəlib. 2025-ci ildə isə ticarət dövriyyəsi daha ciddi şəkildə artmağa başlayıb. Son 3 il ərzində bu dövriyyə təxminən 31-37 faiz civarında artım göstərib.
Azərbaycan və İran arasındakı ticarət münasibətlərində əsas yer İrandan idxal olunan ərzaq məhsulları, gündəlik tələbat malları və tikinti materiallarının payına düşür. İranda yerli valyutanın dəyərsizləşməsi və Azərbaycan manatının sabitliyi, bu ticarəti Azərbaycan üçün daha əlverişli edir".

İqtisadçı bildirib ki, bu qərar Azərbaycanda ərzaq məhsullarının qiymətinin artmasına səbəb ola bilər:
"Trampın qərarından sonra Azərbaycanın iri şirkətləri İranla ticarəti müəyyən qədər dayandırmaq məcburiyyətində qala bilər. Əgər bu şirkətlər birbaşa və ya dolayı yolla ABŞ ilə ticarət əlaqələri saxlayırlarsa, o zaman əlavə vergi və xərclərlə üzləşəcəklər. ABŞ-ın tətbiq etdiyi 25 faizlik əlavə vergi və sanksiyalar ticarət əlaqələrinə mənfi təsir göstərəcək.
Bəzi iri idxalçılar bu sanksiyalardan yayınmaq üçün strukturlarını dəyişə, parçalanaraq kiçik firmalar şəklində fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu da əlavə xərclər yarada bilər. Bütün bu proseslər Azərbaycanın ərzaq bazarına, xüsusilə gündəlik tələbat mallarının qiymətinə təsir edəcək və daxili bazarda qiymət artımlarına səbəb ola bilər".
Roza Şəfiyeva
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir








.jpg)




























