İqtisadi gündəm
“Azər Türk Bank”ın xalis mənfəəti 50%-dən çox azalıb
“Azər Türk Bank”ın 2025-ci ildə xalis mənfəəti 52,45% azalıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bankın 2024-cü ildə xalis mənfəəti 21 milyon 308 min manat təşkil edib, lakin maliyyə qurumu ötən ili 10 milyon 131 min manat mənfəətlə başa vurub.
Bankın öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 93 milyon 496 min manat və ya 4,73% artaraq 2 milyard 71 milyon 53 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 977 milyon 557 min manat idi.
“Azər Türk Bank”ın mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 7,53%-ə yaxın artaraq 205 milyon 958 min manata yüksəlib (2024-cü ildə - 191 milyon 541 min manat).
Ötən il bankın borc qiymətli kağızları 1 milyon 800 min manat təşkil edib. 2024-cü ildə bankın bu cür investisiyası olmayıb.
Maliyyə qurumunun səhmdar kapitalı 2 dəfədən çox artaraq 100 milyon 500 min manat təşkil edib.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir








.jpg)




























