İqtisadi gündəm
Qiyməti durmadan artır: Rekord səviyyəyə çatdı
Qlobal gümüş qiymətləri bazar ertəsi günü 1 troy unsiyası üçün 94 dolları keçərək tarixi rekord müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “Investing” şirkətinin məlumatında qeyd olunub.
Qiymətli metalın qiyməti gün ərzində 94,35 dollara qədər yüksəlib. Yazı hazırlandığı anda isə gümüşün qiyməti 5,06 faiz artaraq 93,02 dollar səviyyəsində qərarlaşıb.
Həftəsonu ərəfəsində rekord artımdan sonra mənfəət əldə edilməsi səbəbindən gümüş qiymətlərində qısa müddətli eniş müşahidə olunsa da, analitiklər bazarda ciddi geriləmə gözləmir.
“Freedom Finance Global” şirkətinin analitiki Vladimir Çernovun sözlərinə görə, geosiyasi qeyri-müəyyənlik və yüksək inflyasiya riskləri gümüşün kəskin ucuzlaşmasının qarşısını alır. O bildirib ki, il ərzində gümüş sənaye tələbi və investisiya axınlarının dəstəyi ilə unsiyası üçün 85-100 dollar aralığında ticarət oluna bilər.
“Alfa-Forex” şirkətinin İnvestisiya Strategiyası üzrə Araşdırmalar şöbəsinin rəhbəri Spartak Sobolev isə qlobal qeyri-sabitlik fonunda gümüş bazarında sabit yüksəliş trendinin davam etdiyini vurğulayıb. Onun fikrincə, yaxın perspektivdə qiymətlər yeni tarixi maksimumlara çata bilər.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir








.jpg)




























