İqtisadi gündəm
ŞAD XƏBƏR: Onlara iki dəfə artıq maaş veriləcək
"Azərbaycan Prezidenti İlham Əliyev “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, vacib dəyişikliklərdən biri də, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır.
"Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.
Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi", - deyə qeydc edib.
V.Bayramov vurğulayıb ki, bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir: "Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək".
-
Qoroskop01:40Günün ulduz falı: Pul məsələlərində isə səbrli olun!
-
ABŞ11 Fevral 23:55Ağ Evdə Netanyahu-Tramp görüşü: 3 saat İranı müzakirə etdilər - Yeniləndi
-
Hadisə11 Fevral 22:06Azərbaycanda ana 40 günlük körpəsindən imtina etdi
-
Nida Xəbər 11 Fevral 21:00Həyat yoldaşını Bakı aeroportunda buna görə öpübmüş - Video
-
Elm və təhsil11 Fevral 20:12Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər
-
Magazin111 Fevral 20:00Oğlum müğənni qız alsa, özümü öldürərəm - Xanəndə Kəmalə
-
Ekologiya11 Fevral 19:30Qatı duman bürüdü: Bakı–Şamaxı–Yevlax yolunda hərəkət ləngiyir
-
İdman11 Fevral 18:50Nərimandan "Qarabağ"la bağlı paylaşım







.jpg)






.jpg)























