İqtisadi gündəm
Bu pulları dərhal dəyişdirin! - FOTO
Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi “skoçlanmış”, cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır.
Əgər bu pullar dövriyyədə problem yaradırsa, niyə ümumiyyətlə müştəriyə təqdim olunur? Cırıq və ya skoçlanmış pullarla bağlı nə edək? Bunu təqdim edən tərəfə etirazı bildirməliyikmi?
Publika.az xəbər verir ki, bu barədə globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, dövriyyədə olan əsginas problem yaradırsa, müştəriyə təqdim olunmamalıdır:
“Belə hallar ümumiyyətlə yaşanmamalıdır, amma təəssüf ki, buna rast gəlinir. Mövcud qaydalara əsasən, müəyyən meyarlara cavab verməyən əsginaslar yararsız hesab olunur. Məsələn, cırığın ölçüsü normadan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələri çatışmırsa, əsginasın oxunması və tanınması çətindirsə, o, dövriyyəyə yararlı sayılmır. Bu cür əsginasları satıcılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirilməlidir. Hazırda bu sahədə tənzimləməni Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir və yararsız əsginasları qəbul edir. Lakin dəyişdirmə prosesi kifayət qədər çətindir və sadələşdirilməsinə ehtiyac var”.
İqtisadçı bildirib ki, vətəndaşlar yararsız əsginas əldə etdikdə onu asanlıqla dəyişə bilməlidir:
“Bu məqsədlə AMB özəl bankların filial şəbəkəsindən də istifadə etməlidir. Yəni vətəndaşların yaxınlıqdakı bank filialına müraciət edərək əsginası rahat şəkildə dəyişdirməsinə şərait yaratmalıdır. Bu yanaşma dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, yararsız pulların vaxtında çıxarılmasına və vətəndaşların narahatlığının azalmasına xidmət edər. İnsanlar əmin olar ki, təsadüfən yararsız əsginas aldıqları halda onu asanlıqla dəyişə biləcəklər. Nəticədə pulun istifadəsi daha rahatlaşar. Bu isə ümumilikdə iqtisadi dövriyyəyə müsbət təsir göstərər”.
Ekspert qeyd edib ki, vətəndaş kassada pul qəbul edərkən əsginasda problem aşkar edərsə, dərhal etirazını bildirməli, dəyişdirilməsini tələb etməlidir:
“Əks halda, həmin məsuliyyəti öz üzərinə götürmüş olur. Mövcud dəyişdirmə proseduru mürəkkəb olduğundan, insanlar çox vaxt bu məsuliyyəti qəbul etmək istəmir. Qeyd etdiyim kimi, proses sadələşdirilərsə və bank filialları vasitəsilə operativ şəkildə həyata keçirilərsə, problem əhəmiyyətli dərəcədə həll olunar”.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






.jpg)




.jpg)










.jpg)













