Dünya
Rum iqtisadçıdan silahlanma xərclərinə etiraz: “Türkiyə ilə rəqabət apara bilmərik”
Rum iqtisadçı Yorqos Kumullis Cənubi Kiprin müdafiə xərclərinin artırılmasını tənqid edib. O bildirib ki, Türkiyə ilə mövcud hərbi güc fərqini milyardlarla avroluq investisiyalar hesabına aradan qaldırmaq mümkün deyil.
Publika.az xəbər verir ki, Kumullis bu barədə “Politis” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Cənubi Kipr Rum Administrasiyası 2027-ci il müdafiə büdcəsini 680 milyon avroya çatdırıb. Bundan əlavə, Avropa İttifaqı “SAFE” proqramı çərçivəsində 1,2 milyard avroluq maliyyələşdirməni təsdiqləyib.
İqtisadçı vurğulayıb ki, “SAFE” çərçivəsində ayrılan vəsait qrant deyil, güzəştli şərtlərlə verilən kreditdir və bu məbləğ son nəticədə Rum əhalisinin vergiləri hesabına geri ödəniləcək.
O, İsraildən alınan “Barak MX” hava hücumundan müdafiə sistemlərinin də Türkiyə ilə ümumi hərbi güc balansını dəyişməyəcəyini bildirib. Kumullisin sözlərinə görə, bu cür silahlanma addımları qarşılıqlı hərbi cavab tədbirlərinə və yeni silahlanma yarışına səbəb ola bilər.
“Çəkindirmə qabiliyyətimizi gücləndirmək üçün bu qədər böyük iqtisadi fədakarlığa getməyə dəyərmi? Xeyr. Kiprin hərbi dəniz və hava qüvvələri yoxdur. Türkiyə ilə rəqabət apara biləcək əhali sayına və iqtisadi gücə də malik deyilik”, - deyə iqtisadçı vurğulayıb.
Müəllif: Roza
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: Toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın




































