İqtisadi gündəm
BƏƏ-nin OPEC-dən çıxması qlobal neft bazarında "ağırlıq mərkəzi"ni dəyişə bilər - Ekspert
Qlobal enerji bazarında OPEC və OPEC+ ətrafında baş verən proseslər yenidən diqqət mərkəzinə düşüb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması ilə bağlı müzakirələr enerji bazarlarında ciddi rezonans doğurub. Bu kimi qərar və ehtimallar təşkilatın gələcək taleyinə dair suallar yaradır. Xüsusilə hasilat kvotaları, ehtiyat güclər və bazar payı məsələləri yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, OPEC daxilində baş verən dəyişikliklər qlobal neft qiymətlərinə və təchizat zəncirinə birbaşa təsir göstərir.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, BƏƏ-nin OPEC-dən çıxması ilə bağlı açıqlaması neft bazarları üçün sürpriz oldu:
"Bu qərara qədər BƏƏ OPEC daxilində üçüncü ən böyük istehsalçı kimi mühüm rol oynayıb. Eyni zamanda OPEC+ ittifaqının ən fəal iştirakçısı olub. BƏƏ-nin təsdiq olunmuş neft ehtiyatları 113 milyard barel təşkil edir”.
Vəliyev qeyd etdi ki, Yaxın Şərqdəki gərginliyə qədər ölkənin sutkalıq neft hasilatı təxminən 3,4 milyon barel səviyyəsində olub. Onun sözlərinə görə, BƏƏ regionun ən güclü emal infrastrukturuna malik ölkələrdən biridir.
Strateji infrastruktur və ixrac imkanları
Ölkənin aktivində olan 5 neft emalı zavodunun illik emal gücünün 61 milyon ton təşkil etdiyini deyən ekspert həmçinin Fuceyra terminalının strateji əhəmiyyətinə də diqqət çəkdi. Onun sözlərinə görə, bu terminal qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Hörmüz boğazından yan keçən Habşan-Fuceyra neft kəməri də BƏƏ-nin ixrac sabitliyini gücləndirən əsas infrastruktur hesab olunur.

OPEC balansı və bazar təsiri
Ekspert əlavə etdi ki, BƏƏ OPEC və OPEC+ çərçivəsində Səudiyyə Ərəbistanından sonra ehtiyat hasilat gücünə malik əsas ölkələrdən biridir. Bu isə onu neft bazarında çevik və əlçatan təchizatçı statusunda saxlayır:
“Bu üstünlüklərə görə Asiya-Sakit Okean bazarlarında ADNOC-un Dubai Crude (Dubai Fateh) markası etalon kimi qəbul olunur”.
Zəfər Vəliyev hesab edir ki, BƏƏ-nin OPEC-dən çıxması kartelin bazar payına və qlobal neft balansının tənzimlənməsində mühüm rol oynayan ehtiyat hasilat gücünə təsir göstərə bilər. Onun fikrincə, bu addım Yaxın Şərqin qlobal neft bazarındakı “ağırlıq mərkəzi” statusuna da müəyyən təsir edir.
2020-ci il ssenarisi və hazırkı reallıq
Zəfər Vəliyev qeyd etdi ki, 2020-ci ildə OPEC+ çərçivəsində tətbiq edilən məhdudiyyətlər fonunda da BƏƏ-nin təşkilatdan çıxacağı ilə bağlı fərziyyələr səslənmişdi, lakin o zaman Əbu-Dabi bu iddiaları rədd edərək razılaşmaya sadiqliyini ifadə etmişdi.
Sonda ekspert vurğuladı ki, Yaxın Şərqdə baş verən proseslər neft-qaz axın xətlərinin yenidən formalaşmasına işarədir və bu tendensiya uzunmüddətli perspektivdə enerji bazarlarının yenidən qurulmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, BƏƏ də dəyişən qlobal tələbat fonunda enerji sektoruna investisiyaları artırmaqla yeni reallıqlara uyğunlaşır.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB24 May 14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"


























.jpg)










