İqtisadi gündəm
Tramp BƏƏ-nin OPEC-i tərk etməsini dəstəklədi - Qiymətlər niyə düşmür?
Qlobal enerji bazarında gərginlik artır. Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxışı fonunda neft qiymətlərinin aşağı düşəcəyi gözləntiləri özünü doğrultmur.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Donald Tramp bu addımı müsbət qiymətləndirib. ABŞ prezidenti bildirib ki, bu qərar benzin və neft qiymətlərinin azalmasına kömək edə bilər: “Düşünürəm ki, bu, əladır, qiymətlərin aşağı düşməsi üçün yaxşıdır”.
BƏƏ-nin təşkilatdan rəsmi çıxışı gələn ay planlaşdırılır. Bu qərar OPEC-in bazara təsir imkanlarını zəiflədə bilər. Lakin reallıq fərqlidir. Analitiklər Trampın fikirlərini təsdiqləmir. Əksinə, “Brent” markalı neftin qiyməti rekord həddə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, bahalaşmanın əsas səbəbi geosiyasi amillər və logistika problemləridir. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan vəziyyət bazarı birbaşa müəyyən edir.
Hazırda bazara təsir edən 3 əsas faktor var. Birincisi, neft bazarı faktiki olaraq Hörmüz boğazının bağlanmasından asılı vəziyyətə düşüb. İkincisi, bu marşrut açılmayana qədər OPEC-in qərarları ikinci planda qalacaq. Və nəhayət, yalnız boğaz açıldıqdan sonra tədarük zənciri normallaşa bilər.
BƏƏ-nin bu addımı isə gözlənilməz deyil. Bu, illərdir davam edən gərginliyin nəticəsi kimi qiymətləndirilir. Əsas ziddiyyət Səudiyyə Ərəbistanı ilə münasibətlərdə yaranıb.
Tərəflər arasında fikir ayrılığı əsasən, neft hasilatında kvotaları və məhdudiyyətlər, BƏƏ-nin daha müstəqil siyasət yürütmək istəyi və regionda təsir uğrunda rəqabət məsələlərində olub.
Həmçinin Tramp BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyan barədə danışaraq onun “öz yolu ilə getmək istədiyini” bildirib.
Eyni zamanda, Vaşinqton sərt mövqe tutur. ABŞ donanmasına İran ətrafında uzunmüddətli blokadaya hazırlaşmaq tapşırılıb. Bildirilir ki, Tehran yeni nüvə razılaşmasına razılaşana qədər İrana daxil olan və çıxan gəmilər nəzarətdə saxlanılacaq. İran isə cavab olaraq Hörmüz boğazını bloklamaqda davam edəcəyini açıqlayıb.
Beləliklə, hazırda neft bazarında əsas istiqaməti OPEC-in qərarları deyil, regiondakı hərbi-siyasi gərginlik müəyyən edir.
Müəllif: Adəm
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






.jpg)




.jpg)










.jpg)













